SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvanda şahmat birincilikləri keçirilir

Naxçıvanda şahmat birincilikləri keçirilir
22-09-2020, 15:00

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası tərəfindən keçirilən şəhər və rayon birincilikləri, yoldaşlıq görüşləri davam etdirilir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Ordubad Rayon Şahmat Məktəbində ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər arasında keçirilən şahmat üzrə rayon birinciliyinə yekun vurulub. Rayon Təhsil Şöbəsi, Şahmat Federasiyasının rayon bölməsi və Gənclər və İdman İdarəsinin təşkil etdiyi birincilikdə 24 məşqçi-müəllim olimpiya sistemi üzrə mübarizə aparıb. Yekunda Elmar Süleymanlı qalib adını qazanıb. Etibar Rzayev ikinci, Lamiyə Məmmədova isə üçüncü olub.

Sədərək Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Şahmat Federasiyasının rayon bölməsinin təşkilatçılığı ilə keçirilən birincilikdə isə ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllim və şagirdlər arasında birincilik keçirilib. Olimpiya sistemi üzrə keçirilən turnirdə Qələndər Əliyev hamıdan güclü olub. Digər iki pillədə Xaliq Cəfərov və Sənan Rzalı qərarlaşıblar.

Qaliblər təşkilatçılar tərəfindən diplom və fəxri fərmanlarla mükafatlandırılıblar.

Federasiya tərəfindən muxtar respublikanı əhatə edən onlayn yay dərsləri zamanı ay ərzində fəal olan şahmatçılar seçilib. Birinci dərəcəli şahmatçılar üçün “Zoom” proqramı vasitəsilə beynəlxalq usta Talıb Babayev tərəfindən biraylıq onlayn dərs müddətində verilən tapşırıqları həll edərək ən yüksək xalı Nəsrin Babayeva toplayıb. Sadiq Abbasov bu seçimdə ikinci, Rza Həsənov isə üçüncü olub.

Ötən gün “Evdə qal, şahmat oyna” devizi altında Naxçıvan Şahmat Federasiyasının, Bakının “Grand Master” Şahmat Klubunun, Quba Şahmat Məktəbinin və Hatayın “Şah Şahmat” Klubunun şahmatçıları arasında Lichess portalında yoldaşlıq görüşü də keçirilib. Blits turniri 5+3 vaxt intervalında olmaqla 90 dəqiqə davam edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031