SON DƏQQƏ

naxcivanxeberleri.com

Çempionlar Liqası: Bu gün pley-off mərhələsi başlayır

Çempionlar Liqası: Bu gün pley-off mərhələsi başlayır
22-09-2020, 11:50

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək. 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçiriləcək. Təsnifat mərhələlərindən fərqli olaraq, bu raundun qalibləri iki oyunun nəticələrinə əsasən müəyyənləşəcək. 

Cavab görüşlərindən sonra qrup mərhələsinə son 6 vəsiqənin sahibi bəlli olacaq. Bütün qarşılaşmalar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

İlk oyun günündə Rusiyanın "Krasnodar" komandası Yunanıstan PAOK-unu, İsrailin “Makkabi” (Təl-Əviv) klubu Avstriya "Zaltsburq"unu, Çexiya "Slaviya"sı isə Danimarka "Midtüllann"ını qəbul edəcək. Bu duellərin cavab matçı sentyabrın 30-də baş tutacaq. 

22 sentyabr

Çempionlar Liqası

Pley-off, ilk oyunlar

23:00. “Krasnodar” (Rusiya) – PAOK (Yunanıstan)

23:00. “Makkabi” (Təl-Əviv, İsrail) - “Zaltsburq” (Avstriya)

23:00. “Slaviya” (Çexiya) - “Midtüllann” (Danimarka)

Qeyd edək ki, pley off mərhələsinin digər 3 qarşılaşması sentyabrın 23-də olacaq. 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031