SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan şahmat millisinin Qazaxıstanla oyun üçün heyəti açıqlanıb

Azərbaycan şahmat millisinin Qazaxıstanla oyun üçün heyəti açıqlanıb
7-03-2019, 11:09

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanada davam edən dünya çempionatında bu gün III turun oyununa çıxacaq.

NAXCİVANXEBERLERİ.COM məlumatına görə, rəqib təşkilatçı ölkə yığması olacaq. Görüş Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. İki turdan sonra Qazaxıstanın 2 xalı olduğu halda, Azərbaycan xalsızdır.

Bu gün İran - İsveç, Misir - Hindistan, Çin - Rusiya və İngiltərə - ABŞ qarşılaşmaları da keçiriləcək.

Dünya çempionatı, III tur

15:00. Qazaxıstan - Azərbaycan

Rinat Cumbayev - Arkadi Naydiç

Ənvər İsmaqambetov - Rauf Məmmədov

Murtaz Kajqaleyev - Qədir Hüseynov

Pyotr Kostenko - Nicat Abbasov

Qeyd edək ki, Azərbaycan millisi ilk 2 turda Çin və İngiltərəyə uduzub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031