SON DƏQQƏ

naxcivanxeberleri.com

Boccia idman növü üzrə Ordubad rayon birinciliyi keçirilib-FOTO

Boccia idman növü üzrə Ordubad rayon birinciliyi keçirilib-FOTO
19-09-2020, 11:26

18 sentyabr 2020-ci il tarixdə Ordubad şəhər İnternat məktəbində Gənclər və İdman İdarəsinin və Naxçıvan MR Paralimpiya Federasiyası Ordubad Rayon Bölməsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında sağlamlıq imkanları məhdud uşaqlar arasında boccia idman növü üzrə rayon birinciliyi keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, birincilikdə çıxış edənlər bildiriblər ki, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya olunmaları üçün də müəyyən addımlar atılıb. Bu gün muxtar respublikada bu kateqoriyadan olan uşaqlar daim diqqət mərkəzindədirlər. Bu tipli yarışların keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların idmana olan maraqlarını artırmaqla onlar arasında idmanın kütləviliyinə, muxtar respublikanın idman həyatında daha fəal iştirakına və sosial reabilitasiyasına nail olmaqdır. Daha sonra yarışa start verilib. Yekun nəticəyə əsasən, Məmmədəliyev İslam qalib adını qazanıb. İsmayıllı Mikayıl II yerə, Bayramova Ayçin III yerə layiq görülüblər. Yarışın qalibləri və fərqlənən iştirakçılara təşkilatçıların diplomları təqdim edilib.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031