SON DƏQQƏ

naxcivanxeberleri.com

"Liverpul" Tiaqu Alkantara ilə müqavilə bağladı

"Liverpul" Tiaqu Alkantara ilə müqavilə bağladı
18-09-2020, 19:59

2019/2020 mövsümünün sonunda Almaniya "Bavariya"sından ayrılan Tiaqu Alkantaranın İngiltərənin "Liverpul" komandasına keçidi rəsmiləşib.

NAXCİVANXEBERLERİ.COM klubun rəsmi saytına istinadən xəbər verir ki, Braziliya əsilli ispaniyalı yarımmüdafiəçi mersisaydlılarla uzunmüddəti müqavilə imzalayıb.

"Liverpul" sözləşmənin müddətini və detallarını açıqlamasa da, yerli mətbuat 29 yaşlı oyunçu üçün Münhen təmsilçisinə 20 milyon funt-sterlinq təzminat ödəniləcəyini yazıb. Futbolçunun illik gəliri isə 7 milyon funt-sterlinq olacaq.

Qeyd edək ki, Tiaqu Alkantara "Liverpul"un bu yay heyətinə qatdığı 2-ci futbolçudur. Klub daha əvvəl Kostas Tsimkası transfer edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031