SON DƏQQƏ

naxcivanxeberleri.com

“Könüllülərin Dostluq Kuboku”nun qalibləri mükafatlandırılıb-FOTO

“Könüllülərin Dostluq Kuboku”nun qalibləri mükafatlandırılıb-FOTO
18-09-2020, 18:58

 18 sentyabr tarixində Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən keçirilən “Könüllülərin dostluq kuboku” uğrunda intellektual oyunlar çoxnövçülüyünün yekun mərhələsi keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, əvvəlcə çıxış edən Gənclər təşkilatları və gənclər ilə iş şöbəsinin aparıcı mütəxəssisi Sübhan Rəhimli qeyd edtmişdir ki, oyunun keçirilməsinin əsas məqsədi könüllülərin intellektual düşünmə qabiliyyətlərini stimullaşdırmaq, istedadlı gənclərin üzə çıxarılması və könüllülərin asudə vaxtının səmərəli təşkilidir.

Yekun mərhələ “Erudit kvartet” adlanıb, bu mərhələdə iştirakçılara 61 sual ünvanlanıb. Qeyd edək ki, final turunda oynamağa Gənclər Fondu, Gənclər və İdman Nazirliyi və Sədərək könüllüləri haqq qazanıblar. Gərgin mübarizədən sonra Gənclər Fondunun könüllülər komandası “Könüllülərin dostluq kuboku” uğrunda intellektual oyunlar üzrə çoxnövçülük turnirinin qalibi olub. II yerə Gənclər və İdman Nazirliyinin könüllülər komandası, III yerə isə Gənclər Fondu-2 könüllülər komandası layiq görülüb. Qalib komandalara kubok, diplom və qiymətli hədiyyələr təqdim olunub.

Turnir çərçivəsində keçirilən hər üç oyunda ən çox düzgün cavab verən könüllü Şəmil Məmmədov Gənclər Fondunun plaketi ilə təltif olunub.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031