SON DƏQQƏ

naxcivanxeberleri.com

Avropa Liqası: UEFA "Qarabağ"ın qarşılaşa biləcəyi komandaları açıqladı

Avropa Liqası: UEFA "Qarabağ"ın qarşılaşa biləcəyi komandaları açıqladı
18-09-2020, 14:00

Azərbaycan çempionu "Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb. 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, UEFA püşkatmadan öncə komandaları qruplara bölüb.

Üçüncü qrupda yer alan Ağdam təmsilçisi “Şerif” (Moldova) – “Dandolk” (Şimali İrlandiya), “Klaksvik” (Farer adaları) – “Dinamo” (Tiflis, Gürcüstan) və “Legiya” (Polşa) – “Drita” (Kosovo) cütündən birinə rəqib olacaq. 

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin püşkü bu gün Bakı vaxtı ilə saat 16:00-da atılacaq. III təsnifat mərhələsi sentyabrın 24-də, pley-off oktyabrın 1-də keçiriləcək. "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"sinə penaltilər seriyasında uduzduğu üçün Avropa Liqasında mübarizəyə davam edir. 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031