SON DƏQQƏ

naxcivanxeberleri.com

"Qalatasaray" Bakıya 20 futbolçu ilə gəlir

"Qalatasaray" Bakıya 20 futbolçu ilə gəlir
16-09-2020, 14:00

Türkiyənin "Qalatasaray" komandasının Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəyi oyun üçün Bakıya gələn heyəti açıqlayıb. 

NAXCİVANXEBERLERİ.COM İstanbul təmsilçisinin rəsmi "Twitter" hesabına istinadən xəbər verir ki, baş məşqçi Fatih Terim siyahıya 20 oyunçu daxil edib.

2013-cü il aprelin 29-da İspaniya "Atletiko"sunun tərkibində "Bakı" klubunun dəvəti əsasında Azərbaycan paytaxtına səfər etmiş Arda Turan və Radamel Falkao da heyətdə yer alıb. Əvəzində UEFA-ya sifariş olunan 23 oyunçudan ibarət siyahıdan Oqenekaro Etebo, Yunus Akgün və Ali Yavuz Kol çıxarılıb. 

45 nəfərdən ibarət nümayəndə heyəti bu gün Bakı vaxtı ilə saat 12:00-da İstanbuldan çarter reysli təyyarə ilə yola düşəcək. Saat 18:00-da Terimin mətbuat konfransı, 18:30-da isə "Qalatasaray"ın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi nəzərdə tutulub. 

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 21:00-da başlanacaq. 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930