SON DƏQQƏ

naxcivanxeberleri.com

Millimizin futbolçusu ABŞ-da rəmzi komandaya düşdü

Millimizin futbolçusu ABŞ-da rəmzi komandaya düşdü
16-09-2020, 09:52

Azərbaycan yığmasının futbolçusu Rüfət Dadaşov ABŞ Milli Futbol Liqasında (USL) həftənin komandasında düşüb. 

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, "Finiks Rayzinq" klubunda çıxış edən 29 yaşlı hücumçu buna XII turda "Las-Veqas Layts"ı məğlub etdikləri matçdakı oyununa görə nail olub. 

Dadaşov 5:1 hesabı ilə qələbə qazandıqları matçda 2 qol vurub və məhsuldar ötürmə ilə yadda qalıb. 

Hazırda "Finiks Rayzinq" 12 oyundan sonra 26 xalla B qrupunda liderdir. 

Qeyd edək ki, aktivində 10 qol olan Rüfət Dadaşov Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Lüksemburq və Kiprlə oyunlarına çağırılmamışdı. 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930