SON DƏQİQƏ

21:15 - Naxçıvan Dövlət Texniki Kollecində mülki müdafiə məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilib-FOTO

21:11 - Avropa Komissiyası 8 ölkəyə xəbərdarlıq edib

20:48 - Avropa Komissiyası 8 ölkəyə xəbərdarlıq edib

20:20 - “Antibiotiklərdən düzgün istifadə”mövzusunda maarifləndirici tədbir keçirilib

20:03 - Kanadalı turist: “Naxçıvana sadəcə valeh oldum”

19:46 - “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində ekspozisiyaların açılışı olub

19:28 - Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclası keçirilib-FOTO

19:06 - Ümumdünya Uşaq Günü ilə əlaqədar tədbir keçirilib-FOTO

18:47 - “Nə? Harada? Nə zaman?” İntellektual oyununun Şərur və Sədərək rayon birincilikləri keçirilib-FOTO

18:31 - Azərbaycanın Birinci vitse-prezidenti Rusiyada rəsmi səfərdədir

18:12 - Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun əməkdaşları “Naxçıvan” Universitetinin tələbələri ilə görüşüb-FOTO

18:08 - Sumqayıtın sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərə fəxri adlar verilib - SƏRƏNCAM

18:07 - Sumqayıtın sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib - SƏRƏNCAM

18:06 - Sumqayıtın sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslər təltif edilib - SƏRƏNCAM

17:44 - Dünya üzrə alüminium istehsalı artıb

naxcivanxeberleri.com

Seymur Talıbov şahmat müəllimlərinə sertifikatlar təqdim edib - FOTO

Seymur Talıbov şahmat müəllimlərinə sertifikatlar təqdim edib - FOTO
5-03-2019, 18:02

Martın 5-də Naxçıvan Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Şahmat Federasiyası tərəfindən sertifikasiya imtahanlarında uğurlu nəticə əldə edən müəllimlərə sertifikatların təqdimatı olmuşdur.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov demişdir ki, muxtar respublikada bütün sahələrlə yanaşı, şahmatın da inkişafı daim diqqət mərkəzindədir. Şəhər və rayonlarda şahmat məktəbləri tikilib istifadəyə verilib, orta məktəblərdə şahmat dərsləri tədris olunur. Şahmat Federasiyası Təhsil Nazirliyi ilə birgə orta məktəblərdə şahmatın yüksək səviyyədə tədris olunması üçün sertifikasiya imtahanları keçirmişdir.

Seymur Talıbov diqqətə çatdırmışdır ki, şahmatın inkişafı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən daim diqqətdə saxlanılır. Bunun nəticəsidir ki, Ali Məclis Sədrinin tapşırığına əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada müəllimlərin nəzəri imtahanı ödənişsiz aparılmışdır. Bu da muxtar respublika rəhbərinin şahmatın inkişafına böyük önəm verdiyinin bariz nümunəsidir. Şahmat idman növü olmaqla yanaşı, həm də uşaqların zehni inkişafında mühüm rol oynayır. Ona görə də müəllimlər orta məktəblərdə uşaqlara şahmatın sirlərini daha dərindən öyrətməyə çalışmalı, maarifləndirmə işləri aparmalı və idmanın bu növünü təbliğ etməlidirlər. Federasiya sədri bu yolda şahmat müəllimlərinə uğurlar arzulamışdır.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov qeyd etmişdir ki, muxtar respublikada şahmat mərkəzi və məktəblərinin maddi texniki bazası yaxşılaşdırılmış, bu məktəblər 67 müasir kompüter və 9 elektron lövhə, həmçinin şahmatla bağlı elektron tədris vəsaitləri ilə təchiz olunmuşdur. Eyni zamanda ümumtəhsil məktəblərində şahmatın tədrisi üçün siniflər ayrılmış, ümumilikdə, ümumtəhsil məktəblərinə 490 ayaqlı, 500 asma və 3910 stolüstü şahmat dəsti verilmişdir. Hazırda muxtar respublikanın ümumtəhsil məktəblərinin I-IX siniflərində dərsdənkənar məşgələlər hesabına 2923, şahmat məktəblərinin dərnək məşğələləri hesabına 2797 olmaqla, ümumilikdə, 5720 saat şahmat fənni tədris edilir. Ümumtəhsil məktəblərində şahmatın tədrisi ilə 445 müəllim məşğul olur.

Rəhman Məmmədov vurğulamışdır ki, təhsil müəssisələrində şahmatın tədrisinin yaxşılaşdırılması və müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə Təhsil Nazirliyi və Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə sertifikasiya imtahanları keçirilmişdir. Sertifikasiya iki mərhələdə aparılmış, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən müəllimlərin nəzəri, Təhsil Nazirliyi və Şahmat Federasiyası tərəfindən isə təcrübi bilikləri yoxlanılmışdır. Müəllimlərdən 401-i imtahanı uğurla keçmiş, onlardan 25-i sertifikasiya imtahanlarında ən yüksək nəticə göstərmişdir.

Sonra Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov və təhsil naziri Rəhman Məmmədov Naxçıvan şəhəri üzrə 9, Şərur rayonu üzrə 5, Ordubad rayonu üzrə 4, Culfa rayonu üzrə 2, Kəngərli rayonu üzrə 2, Şahbuz rayonu üzrə 2 olmaqla, ümumilikdə imtahanlarda yüksək nəticə göstərmiş 25 müəllimə sertifikatları təqdim etmişlər.

Həmin gün imtahandan keçən digər müəllimlərə də muxtar respublikanın rayon təhsil şöbələri və şahmat məktəbləri tərəfindən sertifikatlar verilmişdir.

Sonda sertifikasiya imtahanlarından uğurla keçən müəllimlərlə xatirə şəkili çəkilmişdir.


Seymur Talıbov şahmat müəllimlərinə sertifikatlar təqdim edib - FOTO
Seymur Talıbov şahmat müəllimlərinə sertifikatlar təqdim edib - FOTO
Seymur Talıbov şahmat müəllimlərinə sertifikatlar təqdim edib - FOTO

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930