SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yeni futbol mövsümünə hazırlıqla bağlı müzakirələr aparılıb

Yeni futbol mövsümünə hazırlıqla bağlı müzakirələr aparılıb
11-09-2020, 10:30

Federasiyanın sədr müavini Sakit Rzayev yeni futbol mövsümünə hazır­lıqla bağlı icra olunan və nəzərdə tutulan işlərdən, gənclər və idman idarələri ilə əməkdaşlığın əhəmiyyətindən danışıb. “Bölgələrdə istedadlı futbolçuların üzə çıxması, peşəkarlaşmasını istəyiriksə, hər birimiz bunun üçün səylə çalışmalıyıq”, – deyən sədr müavini birgə fəaliyyət mexanizmi nəticəsində işlərin daha rahat və planlı irəliləyəcəyinə inandığını bildirib.
NFF-nin böyük məşqçisi Əsgər Abdullayev bu mövsümdən etibarən keçiriləcək azyaşlıların futbol liqalarında bəhs edərək uşaq futboluna hər kəsin böyük məsuliyyətlə yanaşmalı olduğunu diqqətə çatdırıb: “Müəyyən edilmiş zaman ərzində məqsədlərimizə nail olmaq istəyiriksə, səylərimizi bir qədər də artırmalıyıq. Məqsədimiz muxtar respublikanın yığma komandası hesab etdiyimiz “Araz-Naxçıvan”nın gələcək heyətində yerli futbolçuların üstünlük təşkil etməsi və bu yolla onların karyera imkanlarını artırmaqdır. Bu istiqamətdə, həmçinin yerli məşqçilərin də rolu böyükdür”.
Görüş zamanı bildirilib ki, 21 sentyabr tarixinə AFFA mütəxəssislərinin iştirakı ilə məşqçilər üçün “C” kateqoriyalı məşqçilik kursu da nəzərdə tutulur. Şərur Olimpiya İdman Kompleksində keçiriləcək kurs 3 həftəlik müddəti əhatə edəcək. Kursu uğurla bitirənlərə lisenziyalar təqdim olunacaq. Federasiya tərəfindən onlara şəhər və rayonlardakı uşaq futbolu bölmələrinə təyinat veriləcək. 
Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 Ceyhun MƏMMƏDOV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Temmuz 2022    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031