SON DƏQQƏ

naxcivanxeberleri.com

"Bavariya" ÇL-i qazansa, "Barselona" "Liverpul"a pul ödəyəcək

"Bavariya" ÇL-i qazansa, "Barselona" "Liverpul"a pul ödəyəcək
15-08-2020, 15:12

Müqavilə ilə İspaniya "Barselona"sına məxsus olan Filippe Koutinyo hazırda icarə əsasında çıxış etdiyi "Bavariya"nın (Almaniya) heyətində UEFA Çempionlar Liqasının (ÇL) qalibi olacağı halda İngiltərənin "Liverpul" klubu 5 milyon avro qazanacaq.

NAXCİVANXEBERLERİ.COM "Mirror" nəşrinə istinadən xəbər verir ki, sözügedən məbləği mersisaydlılara Kataloniya təmsilçisi ödəyəcək.

Braziliyalı futbolçu 2018-ci ilin qışında "qırmızılar"dan La Liqa klubuna keçərkən onun müqaviləsinə belə bir bənd əlavə olunub. Həmin vaxt kataloniyalılar bu transfer üçün qarşı tərəfə 145 milyon avro ödəmişdi.

Qeyd edək ki, turnirin 1/4 final mərhələsində "Barselona"nı 8:2 hesabı ilə məğlub edən "Bavariya" yarımfinala yüksəlib. Həmin matçda qollardan 2-sini məhz Koutinyo vurub.

Almaniya klubu yarımfinalda "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa) cütünün qalibi ilə qarşılaşacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930