SON DƏQQƏ

naxcivanxeberleri.com

"Neftçi" "Qəbələ"ni məğlub etdi

"Neftçi" "Qəbələ"ni məğlub etdi
14-08-2020, 22:26

Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünə hazırlığı davam etdirən "Neftçi" və "Qəbələ" klubları yoxlama oyununda üz-üzə gəliblər.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, "Bakcell Arena"da baş tutan görüş paytaxt klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı "ağ-qaralar" açıblar. Qvineyalı yarımmüdafiəçi Mamadu Kane fərqlənib. Əyalət təmsilçisi bu qola fransalı hücumçusu Nikolas Raysellə cavab verib. Lakin oyunun sonlarında "Neftçi"nin yeni transferi Yusuf Laval komandasına qələbə qazandıran topun müəllifi olub.

Qeyd edək ki, Premyer Liqada yeni mövsümə avqustun 21-də start veriləcək. "Neftçi" ilk oyununu elə həmin gün evdə "Səbail"ə qarşı keçirəcək. "Qəbələ" isə avqustun 23-də "Zirə"ni qəbul edəcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930