SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan yığmasının Avropa çempionatı üçün heyəti müəyyənləşib

Azərbaycan yığmasının Avropa çempionatı üçün heyəti müəyyənləşib
1-03-2019, 21:47

Martın 4-dən 10-dək Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.

NAXCİVANXEBERLERİ.COM Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qitə birinciliyinin ilk 3 günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq.

Bu məqsədlə komanda sabah Serbiyaya yollanacaq. Yığmanın böyük məşqçisi Rövşən Bayramov və məşqçisi Emin Əhmədovun rəhbərliyi altında 7 güləşçi ilin ilk ciddi sınağına çıxacaq. Heyətdə Ziyad Zeynalov (55 kq), Mikayıl Rəhmanov (60 kq), İslambek Dadov (72 kq), Nəsir Həsənov (77 kq), Eltun Vəzirzadə (82 kq), Nəzərşah Fətullayev (87 kq), Arif Niftullayev (97 kq) və Sərxan Məmmədov (130 kq) yer alıb.

Qeyd edək ki, növbəti həftənin ilk günlərində sərbəst və qadın güləşi üzrə millilərin heyəti də açıqlanacaq.

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031