SON DƏQQƏ

naxcivanxeberleri.com

"Qarabağ" - "Sileks" matçının vaxtı açıqlandı

"Qarabağ" - "Sileks" matçının vaxtı açıqlandı
10-08-2020, 13:12

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniya "Sileks"i ilə keçirəcəyi oyunun tarixi müəyyənləşib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə Ağdam təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib. O, qarşılaşmanın böyük ehtimalla avqustun 18-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacağını söyləyib. Klub rəsmisi son qərarın UEFA tərəfindən açıqlanacağını diqqətə çatdırıb.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 18-19 avqustda baş tutacaq. Pley-offadək bütün mərhələlər bir qarşılaşmadan ibarət olacaq. Əsas vaxt heç-heçə ilə yekunlaşacağı təqdirdə, əlavə vaxt və yenə zərurət yaranarsa, penalti seriyası təyin olunacaq. Qalib komanda Çempionlar Liqasında, məğlub isə Avropa Liqasında II təsnifat mərhələsinə keçəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930