SON DƏQQƏ

naxcivanxeberleri.com

Açıq havada idman yarışlarının keçirilməsinə icazə verildi

Açıq havada idman yarışlarının keçirilməsinə icazə verildi
10-08-2020, 00:06

Bu gündən etibarən Azərbaycanda açıq havada idman yarışlarının və oyunlarınına keçirilməsinə icazə verilib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə Nazirlər Kabineti Yanında Operativ Qərargah qərar qəbul edib.

Qeyd edilib ki, Nazirlər Kabinetin müvafiq Qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində 2020-ci ilin avqusutun 10-u saat 00.00-dan etibarən fəaliyyətinə icazə verilən sahələrin siyahısına aşağıdakılar əlavə edilir:

  • Açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi;
  • Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektələrinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti;
  • maşın və avadanlıqların istehsalı;
  • elektrik avadanlıqlarının istehsalı;
  • kompüter, elektron və optik məhsulların istehsalı;
  • avtomobil, qoşqu və yarımqoşquların istehsalı;
  • sair nəqliyyat vasitələrinin istehsalı;
  • poliqrafiya məhsullarının istehsalı;
  • zərgərlik məmulatlarının istehsalı;
  • musiqi alətləri, idman mallarının istehsalı;
  • geyim istehsalı;
  • toxuculuq sənayesi;
  • ayaqqabıların istehsalı;
  • dəri və dəri məmulatlarının istehsalı;
  • tütün məmulatlarının istehsalı;
  • sair sənaye məhsullarının istehsalı.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930