SON DƏQİQƏ

naxcivanxeberleri.com

Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlandı

Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlandı
9-08-2020, 10:15

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşlərinin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün səsverməyə başlayıb. 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu ada İngiltərənin "Mançester Siti" klubunun müdafiəçisi Kayl Uolker, İtaliya "Yuventus"unun hücumçusu Kriştianu Ronaldu, İspaniya "Barselona"sının forvardı Lionel Messi və Almaniya "Bavariya"sının ön xətt oyunçusu Robert Levandovski iddialıdır. 

Uolker "Real Madrid"lə cavab görüşündə (2:1) bir dəfə top alıb və 85 faiz dəqiq ötürmə verib. Ronaldu Fransa "Lion"u ilə qarşılaşmada (2:1) dubl edib. Messi İtaliya "Napoli" ilə matçda (3:1) qol vurub və penalti qazanıb. Levandovski isə "Çelsi" ilə oyunda (4:1) 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 

Qeyd edək ki, 1/4 finalda "Atalanta" (İtaliya) - PSJ (Fransa), "Leyptsiq" (Almaniya) - "Atletiko" (İspaniya), "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) və "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa) görüşləri keçiriləcək. Oyunlar "8-lər finalı" formatında Portuqaliyada təşkil olunacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031