SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ordubadda yüngül atletika üzrə rayon birinciliyi keçirilib-FOTO

Ordubadda  yüngül atletika üzrə rayon birinciliyi keçirilib-FOTO
28-02-2019, 11:07

5 mart “Bədən tərbiyəsi və idman günü”nün qeyd edilməsi məqsədilə Ordubad Rayon Gənclər və İdman İdarəsi Təhsil Şöbəsi və Naxçıvan MR Yüngül Atletika Federasiyasının rayon bölməsi ilə birlikdə ümumtəhsil məktəblərinin şagirdləri arasında yüngül atletika üzrə rayon birinciliyi keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi Hacı Sadıqov və Ordubad Rayon Uşaq-Gənclər İdman İdarəsinin direktoru Elşən Əliyev çıxış edərək 5 mart tarixinin “Bədən tərbiyəsi və idman günü” kimi təsis edilməsinin əhəmiyyəti və yarışın qaydaları haqqında məlumat veriblər.
Birincilikdə 12 komanda hər komanda 9 idmançı (5 oğlan, 4 qız) ilə istirak edib.
Komanda hesabında I yerə İnternat, II yerə Üstüpü kənd, III yerə Vənənd kənd tam orta məktəblərinin komandaları layiq görülüblər.
Birincilikdə oğlanlar arasında 100 m məsafədə İsakzadə Tayfun, 200 m məsafədə Əşrəfov Sənan, 400 m məsafədə Əliyev Əli, 800 m məsafədə Məmmədov Məhəmməd, 1200 m məsafədə Bağırov Şaban, qızlar arasında 100 m məsafədə Rüstəmova Zeynəb, 200 m məsafədə Rəsulova Aysu, 400 m məsafədə Orucova Xatun, 800 m məsafədə Əlverdiyeva Nərmin rəqiblərindən daha güclü olaraq birinci yerlərin qalibi olublar.
Qaliblər yarışın təşkilatçıları tərəfindən diplomlar və hədiyyələrlə təltif olunublar.Ordubadda  yüngül atletika üzrə rayon birinciliyi keçirilib-FOTOOrdubadda  yüngül atletika üzrə rayon birinciliyi keçirilib-FOTO

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930