SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bakıda “Arpaçay Open” beynəlxalq karate turniri keçiriləcək

Bakıda “Arpaçay Open” beynəlxalq karate turniri keçiriləcək
13-12-2018, 14:22

Yanvarın 18-20-də Bakı İdman Sarayında Qanlı Yanvar şəhidlərinin xatirəsinə həsr olunan “Arpaçay Open” beynəlxalq turniri keçiriləcək. Azərbaycan Milli Karate Federasiyasının və “Arpaçay” karate klubunun təşkilatçılığı ilə keçiriləcək açıq turnirdə uşaqlar, yeniyetmələr və gənclər iştirak edəcəklər.

NAXCİVANXEBERLERİ.COM federasiyanın saytına istinadla xəbər verir ki, turnirin birinci günündə bütün yaş qruplarında fərdi kata, ertəsi gün isə 6-11 yaşlı uşaqlar arasında fərdi və komanda kumite yarışları təşkil olunacaq. Turnirin sonuncu günündə 12-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında müxtəlif çəki dərəcələrində kumite yarışları keçiriləcək. Qalib və mükafatçılar federasiyanın diplom, kubok və medalları ilə təltif olunacaqlar.

Yarışın açılış mərasimi yanvarın 19-da saat 17:00-da olacaq.

Beynəlxalq turnirə qeydiyyat yanvarın 10-dan 17-dək ilk dəfə olaraq internet vasitəsilə aparılacaq.

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031