SON DƏQİQƏ

naxcivanxeberleri.com

FIDE olimpiadaya qatılacaq komandaların sayını açıqladı

FIDE olimpiadaya qatılacaq komandaların sayını açıqladı
17-07-2020, 09:49

Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək komandaların sayı açıqlanıb. 

NAXCİVANXEBERLERİ.COM Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytına istinadən xəbər verir ki, 150 federasiya onlayn formatda keçiriləcək yarışa qatılacağını təsdiqləyib. 

Olimpiadanın favoritləri olan ABŞ, Çin və Rusiya şatmatçıları da onların arasında olacaq. 

Qeyd edək ki, avqustun 22-də start götürəcək yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edəcək. 

Azərbaycan Şahmat Federasiyası tərəfindən ehtiyat oyunçular siyahısına Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adı daxil edilib.

Komandanın kapitanı Eltac Səfərli və Rəhim Qasımov olacaq. Ümumdünya Şahmat Olimpiadasına avqustun 30-da yekun vurulacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930