SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün başlama tarixi açıqlandı

Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün başlama tarixi açıqlandı
15-07-2020, 15:24

Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümü avqustun 14-də start götürəcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib.

PFL rəhbəri bildirib ki, çempionatda yeni mövsümü məhz sözügedən tarixdə başlatmaq istəyirlər: "Sağ olsun, ölkə rəhbərliyimiz, koronavirusla mübarizəmiz çox gözəl gedir. Allahın izni ilə hər şey qaydasında olarsa, çempionatı başlatmaq niyyətindəyik".

R.Musayev mövsümün start tarixinin dəyişdirilə biləcəyini də istisna etməyib: "Həyatda hər şey ola bilər. Allah eləməsin, pandemiya ilə bağlı problem olarsa, başlama tarixi təxirə salına bilər. Necə ki, çempionatı vaxtından əvvəl dayandırdıq, indi də bu qərara görə peşman deyilik, eləcə də mövsümün startının vaxtını dəyişə bilərik. İnsanların sağlamlığı hər şeydən önəmlidir".

PFL prezidenti yay transfer pəncərəsinin vaxtının isə qarşıdakı günlərdə dəqiqləşəcəyini söyləyib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31