SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Şeffild Yunayted" "Çelsi"ni darmadağın edib

"Şeffild Yunayted" "Çelsi"ni darmadağın edib
12-07-2020, 02:24

İngiltərə Premyer Liqasının 35-ci turunun matçında "Şeffild Yunayted" "Çelsi"ni qəbul edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, görüş Şeffildin "Bremmel Leyn" stadionunda keçirilib və meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada ilk qolu 18-ci dəqiqədə "Şeffild Yunayted"in hücumçusu Devid Makqoldrik vurub. Meydan sahiblərinin digər hücumçusu Oliver Makbarni hesabdakı üstünlüyü fasiləyə qədər artırıb. Matçın 77-ci dəqiqəsində Makqoldrik "Çelsi"nin qapısından daha bir top keçirib.

"Çelsi" 60 xalla İngiltərə Premyer Liqasının yarış cədvəlində üçüncü yer tutur. "Şeffild Yunayted" 54 xalla altıncı yerdə qərarlaşıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31