SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bundesliqada yeni mövsümün başlayacağı tarix açıqlandı

Bundesliqada yeni mövsümün başlayacağı tarix açıqlandı
10-07-2020, 16:52

Futbol üzrə Almaniya Bundesliqasında yeni mövsümün başlayacağı tarix açıqlanıb. 

NAXCİVANXEBERLERİ.COM Almaniya Futbol İttifaqının (DFB) rəsmi saytına istinadən xəbər verir ki, 2020/2021 mövsümündə ilk turun matçları 18 - 21 sentyabrda baş tutacaq. 

DFB yeni mövsümün 11 - 14 sentyabrda ölkə kubokunun oyunları ilə başlayacağını da açıqlayıb. Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" komandasının iştirak etdiyi II Bundesliqada da ilk tur 18 - 21 sentyabrda olacaq. 

Bundesliqada 2020-ci ilin son turu 18 - 21 dekabrda gerçəkləşəcək. Mövsümün gec başlaması ilə əlaqədar qış fasiləsi qısaldılacaq və matçlar yanvar ayının ilk həftəsonunda davam edəcək. 

Mövsüm mayın 22-də yekunlaşacaq. Bundesliqada qalmaq üçün keçirilən pley-off görüşləri 26 və 29 mayda olacaq. 

Qeyd edək ki, Bundesliqada 2019/2020 mövsümünün qalibi adını "Bavariya" qazanıb. 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31