SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gənclər arasında intellektual oyun keçirilib-FOTO

Gənclər arasında intellektual oyun keçirilib-FOTO
9-07-2020, 23:29

Naxçıvan şəhərində yerləşən Sahil Parkındakı “Sahil” kafedə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “BreynRinq” intellektual oyunu keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirdə çıxış edən Gənclər Fondunun əməkdaşı Sübhan Rəhimli, Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov bildiriblər ki, oyunun keçirilməsində əsas məqsəd intellektual oyunların təbliğ olunması, hərəkatın kütləviləşməsinin təmin edilməsi və bu oyunlar üzrə ən güclülərin müəyyən edilməsidir. 8 komanda olmaqla, ümumilikdə, 48 gəncin iştirak etdiyi oyun 4 mərhələdə keçirilib. Əsasnaməyə uyğun olaraq yarımfinal mərhələlərindən etibarən iştirakçılara 5 sual, final mərhələsində isə 2 mərhələ olmaqla, 5 sual ünvanlanıb. Bir rinqdə daha çox xal toplayan komanda digər rinqdə qalib gələn komanda ilə görüşüb. Oyunun yekun nəticəsinə əsasən “Qasırğa” komandası qalib adını qazanıb. Sonda qalib komanda təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.  

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31