SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan və Ukraynanın qadın şahmatçıları arasında onlayn turnir keçiriləcək

Azərbaycan və Ukraynanın qadın şahmatçıları arasında onlayn turnir keçiriləcək
9-07-2020, 21:14

Azərbaycan və Ukraynanın qadın şahmatçıları arasında 20 iyul - Beynəlxalq Şahmat Gününə həsr edilən onlayn turnir keçiriləcək. 

Azərbaycan Şahmat Federasiyasından NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, yarışda hər ölkədən 10 şahmatçı mübarizə aparacaq.

Ölkəmizi turnirdə Günay Məmmədzadə, Günay Məmmədova, Gülnar Məmmədova, Xanım Balacayeva, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Nərgiz Umudova, Nərmin Xələfova, Zeynəb Məmmədyarova, Xəyalə Abdulla və Gövhər Beydullayeva təmsil edəcək.

Turnir 21 iyulda start götürəcək və 3 gün davam edəcək.

Ümumilikdə 20 turdan ibarət olacaq turnir Dövlət Neft Şirkəti - SOCAR, eləcə də Azərbaycan və Ukrayna Şahmat Federasiyalarının təşkilatçılığıyla baş tutacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31