SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda keçirilməsi nəzərdə tutulan yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası təxirə salınıb

Naxçıvanda keçirilməsi nəzərdə tutulan yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası təxirə salınıb
4-07-2020, 19:27

Naxçıvanda keçirilməsi planlaşdırılan yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası koronavirus pandemiyasına görə təxirə salınıb.

Azərbaycan Şahmat Federasiyasından NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, yarışın 2021-ci ildə təşkil olunması qərara alınıb.

Beynəlxalq Şahmat Federasiyasının qərarına əsasən, 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadası bu il oktyabrın 2-dən 12-dək Naxçıvanda keçirilməli idi. Turnirin dəqiq tarixi barədə məlumat veriləcək.

Xatırladaq ki, ötən il Türkiyənin Çorum şəhərində keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan yığması çempionluq sevinci yaşayıb. Milli komanda 16 xal toplayaraq 37 ölkənin təmsilçilərini, o cümlədən Rusiya, Çin, Ukrayna kimi güclü şahmat ölkələrini geridə qoyub.

Koronavirus pandemiyası ilə əlaqədar Olimpiadadan başqa, Vüqar Həşimovun xatirəsinə həsr olunan ənənəvi “Shamkir Chess 2020” superturniri də təxirə salınıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31