SON DƏQİQƏ

naxcivanxeberleri.com

Güləşçilərimizin iştirak edəcəyi dünya çempionatları bu şəhərdə keçiriləcək

Güləşçilərimizin iştirak edəcəyi dünya çempionatları bu şəhərdə keçiriləcək
4-07-2020, 16:57

Güləş üzrə dünya çempionatları bu ilin dekabrında Serbiyanın paytaxtı Belqradda keçiriləcək. 

NAXCİVANXEBERLERİ.COM Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına istinadən xəbər verir ki, qərar UWW İcraiyyə Komitəsinin iclasında qəbul edilib. 

Dünya çempionatının 2021-ci ildə Norveçin paytaxtı Oslodo keçirilməsi planlaşdırılırdı. Lakin İcraiyyə Komitəsi koronavirus riskini azaltmaq üçün böyüklər və gənclər arasındakı mundialı bir yerdə keçirmək qərarına gəlib. 

Böyüklərin yarışı 12 - 20 dekabrda, gənclərin turniri isə 4 -10 dekabrda olacaq. 

19 - 25 oktyabrda gənclər arasında Avropa çempionatı Şimali Makedoniyanın paytaxtı Skopyedə reallaşacaq. 

Qurumun İcraiyyə Komitəsinin növbəti iclası avqust ayında keçiriləcək. 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31