SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Formula 1": Növbəti sınaq yürüşünün nəticələri bəlli oldu

"Formula 1": Növbəti sınaq yürüşünün nəticələri bəlli oldu
4-07-2020, 15:46

"Formula 1" üzrə Avstriya Qran-prisində növbəti sınaq yürüşü başa çatıb. 

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, üçüncü test yürüşündə ən yaxşı nəticəni "Mercedes"in pilotu Lüis Hemilton göstərib - 1 dəqiqə 04.130 saniyə. 

Hemiltondan 0,197 saniyə geri qalan onun komanda yoldaşı Valtteri Bottas ikinci olub.

0,283 saniyə gec nəticə göstərən "Red Bull"un üzvü Maks Ferstappen üçüncü yerlə kifayətlənib. 

Qeyd edək ki, Avstriya Qran-prisi iyulun 5-də yekunlaşacaq. 

"Formula 1"də ilk 8 Qran-prinin təqvimi məlumdur. Avstriyadan sonra Macarıstan (17 - 19 iyul), Böyük Britaniya (31 iyul - 2 avqust, 7 - 9 avqust), İspaniya (14 - 16 avqust), Belçika (28 - 30 avqust), İtaliya (4 - 6 sentyabr) Qran-priləri baş tutacaq. Bütün yarışlar azarkeşsiz keçiriləcək.

İndiyədək Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-priləri təxirə salınıb, Avstraliya, Monako, Niderland, Fransa, Azərbaycan, Sinqapur və Yaponiya mərhələləri isə ləğv olunub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31