SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dünya çempionu "Fiorentina"nın baş məşqçisi olacaq

Dünya çempionu "Fiorentina"nın baş məşqçisi olacaq
4-07-2020, 10:48

İtaliyanın "Fiorentina" klubunda baş məşqçi dəyişikliyi reallaşacaq. 

NAXCİVANXEBERLERİ.COM "Sky Sport"a istinadən xəbər verir ki, "Roma" klubunun sabiq futbolçusu Daniele De Rossi komandanın sükanı arxasına keçəcək. 

Karyerasını başa vuran 37 yaşlı sabiq yarımmüdafiəçi bu postda Cüzeppe Yakinini əvəzləyəcək. O, növbəti mövsümdən etibarən işə başlayacaq. 

Qeyd edək ki, Daniele De Rossi 2001 - 2019-cu illərdə "Roma"da çıxış edib. O, son olaraq Argentinanın "Boka Xuniors" komandasında oynayıb. Keçmiş yarımmüdafiəçi "Roma" ilə iki dəfə ölkə kubokunu, bir dəfə isə ölkə Superkubokunu qazanıb. De Rossi 2006-cı ildə İtaliya yığması ilə dünya çempionu olub. 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31