SON DƏQİQƏ

naxcivanxeberleri.com

Messi karyerasını "Mançester Siti"də davam etdirə bilər

Messi karyerasını "Mançester Siti"də davam etdirə bilər
4-07-2020, 09:15

Argentina yığmasının hücumçusu Lionel Messi karyerasını İngiltərə çempionatında davam etdirə bilər.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə tanınmış argentinalı jurnalist Kristian Martin bildirib.

Məlumata görə, Messi "Barselona"dan gedəcəyi təqdirdə "Mançester Siti" ilə müqavilə imzalaya bilər. Hücumçunun əvvəllər “Barselona”da çalışmış Xosep Qvardiola ilə yenidən bir araya gələcəyi qeyd edilir.

Xatırladaq ki, daha əvvəl Messinin "Barselona"nı tərk etmək istəməsi barədə məlumat yayılıb.

33 yaşlı Messi "Barselona"nın yetirməsidir. Argentinalı hücumçu cari mövsümdə İspaniya çempionatının 28 matçında (27 matçda əsas heyətdə) iştirak edərək 22 qol vurub, 17məhsuldar ötürmə edib.

Onun aktivində həmçinin Çempionlar Liqasının altı matçında iki qol və üç məhsuldar ötürmə var.

Futbolçunun klubla müqaviləsi 2021-ci ilə qədər qüvvədədir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31