SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Formula 1"də mövsüm başladı

"Formula 1"də mövsüm başladı
3-07-2020, 14:00

"Formula 1"də yeni mövsümə start verilib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu gün Avstriya Qran-prisi sınaq yürüşləri ilə start götürüb. Artır ilk test yürüşü başlayıb. 

İkinci sınaq isə Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Avstriya Qran-prisinə iyulun 5-də yekun vurulacaq. 

Qeyd edək ki, "Formula 1"də yeni mövsümün ilk yarışı martda Avstraliyada keçirilməli idi. Lakin koronavirus pandemiyası səbəbindən ləğv edilib. 

"Formula 1"də ilk 8 Qran-prinin təqvimi məlumdur. Avstriyadan sonra Macarıstan (17 - 19 iyul), Böyük Britaniya (31 iyul - 2 avqust, 7 - 9 avqust), İspaniya (14 - 16 avqust), Belçika (28 - 30 avqust), İtaliya (4 - 6 sentyabr) Qran-priləri baş tutacaq. Bütün yarışlar azarkeşsiz keçiriləcək.

İndiyədək Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-priləri təxirə salınıb, Avstraliya, Monako, Niderland, Fransa, Azərbaycan, Sinqapur və Yaponiya mərhələləri isə ləğv olunub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31