SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Barselona"dan "Yuventus"a 82 milyon avroluq transfer - RƏSMİ

"Barselona"dan "Yuventus"a 82 milyon avroluq transfer - RƏSMİ
29-06-2020, 20:15

İspaniyanın "Barselona" klubunun futbolçusu Artur Enrike Ramos de Oliveyra Melo İtaliya "Yuventus"una transfer olub.

NAXCİVANXEBERLERİ.COM-un Kataloniya təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, braziliyalı yarımmüdafiəçidən ötrü turinlilər 72 milyon avro ödəyib. Daha 10 milyon avro isə müxtəlif bonuslara sərf olunacaq.

23 yaşlı oyunçu 2019/2020 mövsümünü "Barsa"da başa vurduqdan sonra yeni klubunun düşərgəsinə qoşulacaq. "Yuventus"un onunla 5 illik müqavilə bağlayacağı gözlənilir.

Qeyd edək ki, Artur "Barselona"ya 2018-ci ilin yayında "Qremio"dan keçib. O, Kataloniya komandasının heyətində 72 oyunda 4 qol vurub. "Sambaçı" "Barsa" ilə 2019-cu ildə İspaniya çempionu və Superkubokun qalibi olub. 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031