SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Yuventus" yaşlı oyunçuları ilə müqaviləni uzatdı - RƏSMİ

"Yuventus" yaşlı oyunçuları ilə müqaviləni uzatdı - RƏSMİ
29-06-2020, 19:09

İtaliya "Yuventus"u qapıçı Canluici Buffon və müdafiəçi Corco Kyellini ilə yeni müqavilə bağlayıb. 

NAXCİVANXEBERLERİ.COM-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hər iki oyunçu ilə sözləşmə 2021-ci ilin yayınadək uzadılıb. 

Buffon Turin komandasında 2001-ci ildən çıxış edir. O, 2018-ci ilin yayında Fransa PSJ-sinə keçsə də, bir il sonra doğma klubuna qayıdıb. 42 yaşlı qolkiper cari mövsümdə 11 oyunda 9 top buraxıb və 3 qarşılaşmada qapını toxunulmaz saxlayıb.  

35 yaşlı Kyellini isə "Yuventus"un heyətində 8 dəfə İtaliya çempionluğu, 3 dəfə ölkə kuboku və 4 dəfə Superkuboku əldə edib. 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031