SON DƏQQƏ

naxcivanxeberleri.com

AVRO-2020 biletlərinin aqibəti müəyyənləşdi

AVRO-2020 biletlərinin aqibəti müəyyənləşdi
17-06-2020, 19:53

UEFA AVRO-2020-nin oyunlarını stadiondan izləmək üçün bilet almış azarkeşlərə ödəmələrin geri qaytarılması prosedurunu açıqlayıb.

NAXCİVANXEBERLERİ.COM qurumun rəsmi saytına istinadən xəbər verir ki, biletlər koronavirus pandemiyası səbəbindən növbəti ilə təxirə salınmış turnir üçün də etibarlı sayılacaq.

Biletləri qaytarmaq istəyənlər isə 18 - 25 iyunda "euro2020.com/tickets" saytı vasitəsilə ödədikləri pulları geri ala biləcəklər.

Gələcək bilet satışlarının tarixləri sonrakı mərhələdə təsdiqlənəcək.

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınan AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Turnirin oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930