SON DƏQQƏ

naxcivanxeberleri.com

Çempionlar Liqası və Avropa Liqasında yeni mövsümün təqvimi açıqlandı

Çempionlar Liqası və Avropa Liqasında yeni mövsümün təqvimi açıqlandı
17-06-2020, 18:48

UEFA 2020/2021 mövsümündə avrokubokların təsnifat və qrup mərhələlərinin oyunlarının təqvimini açıqlayıb. 

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Çempionlar Liqasında yeni mövsüm avqustun 8-də start götürəcək. Avropa Liqasının oyunları isə avqustun 20-də başlayacaq. 

Çempionlar Liqasında pley-off, Avropa Liqasında isə qrup mərhələsinədək ev-səfər prinsipi olmayacaq. Azərbaycan təmsilçisi Çempionlar Liqasında mübarizəyə 18/19 avqustda, Avropa Liqasında isə 27 avqustda başlayacaq. 

Çempionlar Liqası:

İlkin mərhələ: 8 avqust və 11 avqust

I təsnifat mərhələsi: 18/19 avqust

II təsnifat mərhələsi: 25/26 avqust

III təsnifat mərhələsi: 15/16 sentyabr

Pley-off mərhələsi: 22/23 sentyabr və 29/30 sentyabr

Qrup mərhələsi: 20/21 oktyabr, 27/28 oktyabr, 3/4 noyabr, 24-25 noyabr, 1-2 dekabr, 8-9 dekabr.

Avropa Liqası:

İlkin mərhələ: 20 avqust

I təsnifat mərhələsi: 27 avqust

II təsnifat mərhələsi: 17 sentyabr

III təsnifat mərhələsi: 24 sentyabr

Pley-off mərhələsi: 1 oktyabr

Qrup mərhələsi: 22 oktyabr, 29 oktyabr, 5 noyabr, 26 noyabr, 3 dekabr, 10 dekabr

Qeyd edək ki, Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi müvafiq olaraq oktyabrın 1-də və 2-də Yunanıstanın paytaxtı Afinada təşkil olunacaq. 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930