SON DƏQQƏ

naxcivanxeberleri.com

AVRO-2020: UEFA təşkilatçı şəhərləri təsdiqlədi

AVRO-2020: UEFA təşkilatçı şəhərləri təsdiqlədi
17-06-2020, 17:30

AVRO-2020-yə ev sahibliyi edəcək şəhərlərin siyahısında dəyişiklik olmayacaq.

NAXCİVANXEBERLERİ.COM-un "Sky Sports"a istinadən məlumatına görə, bununla bağlı qərar UEFA İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub.

Qitə futbol qurumu oyunların keçiriləcəyi 12 şəhəri təsdiqləyib.

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınan AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Turnirin oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930