SON DƏQQƏ

naxcivanxeberleri.com

Kort tennisi üzrə muxtar respublika birinciliyi keçirilib

Kort tennisi üzrə  muxtar respublika birinciliyi keçirilib
13-06-2020, 05:17

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Sahil Parkında ilk dəfə olaraq kort tennisi üzrə gənc oğlan və qızlar arasında muxtar respublika birinciliyi keçirilib.

Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov birinciliyin açılış mərasimində çıxış edərək yarışın qaydaları haqqında məlumat verib və idmançılara uğurlar arzulayıb. Birincilikdə 20-yə yaxın gənc oğlan və qız olimpiya sistemi üzrə mübarizə aparıb. Qızların yarışında Aynur Məmmədova bütün rəqiblərini üstələyərək birinciliyin qalibi adını qazanıb. Digər iki pillədə Göyərçin Məmmədova və İlkanə Əliyeva qərarlaşıblar.

Oğlanlar arasında mübarizə isə daha kəskin olub. Bütün rəqiblərinə qalib gələn Kement Muhammed Ali yarışın baş mükafatını qazanıb. Orhan Qurbani ikinci, Əkrəm Rəhimli isə üçüncü olub. Sonda qalib idmançılar diplom və hədiyyələrlə mükafatlandırılıblar.

 

Ceyhun MƏMMƏDOV

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930