SON DƏQQƏ

naxcivanxeberleri.com

"Formula 1" rəsmisindən Azərbaycan Qran-prisi ilə bağlı açıqlama

"Formula 1" rəsmisindən Azərbaycan Qran-prisi ilə bağlı açıqlama
11-06-2020, 21:25

"Formula 1"in idman direktoru Ross Braun bu mövsüm keçirilməsi nəzərdə tutulan, lakin sonradan koronavirus pandemiyası səbəbindən qeyri-müəyyən müddətədək təxirə salınan Azərbaycan və Sinqapur Qran-prilərindən danışıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, 66 yaşlı britaniyalı funksioner "Formula 1"in rəsmi saytına açıqlamasında sözügedən ölkələrdəki yarışların ləğv oluna biləcəyini istisna etməyib.

R.Braun bildirib ki, bütün variantlar müzakirə olunub: "Başa düşürük ki, daimi traslardan fərqli olaraq, Bakı və Sinqapur kimi şəhərlərdə yeni trasların qurulması böyük diqqət tələb edir. Hər bir detal nəzərdən keçirilib və biz mövsümün ikinci yarısını çox yaxşı keçirə bilərik. Baş tutmayan bir neçə Qran-pri olacaq. Amma onu deyə bilərəm ki, yarışların əksəriyyəti keçiriləcək".

Qeyd edək ki, bu gün Azərbaycan Qran-prisinin ləğv olunması ilə bağlı xəbər yayılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930