SON DƏQQƏ

naxcivanxeberleri.com

Bu gün futbol üzrə İspaniya çempionatı bərpa olunur

Bu gün futbol üzrə İspaniya çempionatı bərpa olunur
11-06-2020, 11:38

Bu gün İspaniyada koronavirus pandemiyası ilə əlaqədar yarımçıq qalmış futbol çempionatı bərpa olunur.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, turnir Sevilya derbisi ilə start götürəcək. Bakı vaxtilə saat 00:00-da “Sevilya” və “Betis” klubları üz-üzə gələcək.

Qaydalara əsasən, çempionatın bütün matçları tamaşaçısız keçiriləcək.

Xatırladaq ki, İspaniya çempionatı martın 8-də 27-ci turdan sonra dayandırılmışdı.

Hazırda turnir cədvəlinə 58 xalla “Barselona” başçılıq edir, ikinci yerdə gedən “Real” (Madrid) ondan iki xal dala qalır. Bu həftə sonu “Barselona” səfərdə “Malyorka”, “Real” isə doğma meydanda “Eybar”la qarşılaşacaq.

Çempionatın bitməsinə 11 tur qalır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930