SON DƏQQƏ

naxcivanxeberleri.com

"Sumqayıt" - "Qəbələ" matçında qalib müəyyənləşmədi

"Sumqayıt" - "Qəbələ" matçında qalib müəyyənləşmədi
10-06-2020, 22:08

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün qalan hissəsinə hazırlaşan "Sumqayıt" və "Qəbələ" komandaları yoxlama oyununda üz-üzə gəlib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, "Kapital Bank Arena"da təşkil olunmuş qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

İlk qolu 7-ci dəqiqədə meydan sahiblərinin istedadlı futbolçusu Elvin Cəfərquliyev vurub. 35-ci dəqiqədə "Sumqayıt"ın hücumçusu Mehdi Şərifi penaltidən yararlana bilməyib.

Əvəzində "Qəbələ"dən Roman Hüseynov 40-cı dəqiqədə bərabərlik qolunu vurub, 59-cu dəqiqədə isə Nikolas Raysel penaltini dəqiq yerinə yetirib.

"Sumqayıt"ın bərabərlik qoluna 73-cü dəqiqədə Amil Yunanov imza atıb.

Beləliklə, bu gün keçirilmiş hər üç oyunda qapılara 4 qol vurulub. Daha əvvəl "Neftçi" "Keşlə"ni 3:1 hesabı ilə yenib. "Zirə" - "Səbail" oyununda isə qalib müəyyənləşməyib - 2:2.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930