SON DƏQQƏ

naxcivanxeberleri.com

İtaliya Kubokunda əlavə vaxt ləğv edildi

İtaliya Kubokunda əlavə vaxt ləğv edildi
10-06-2020, 18:36

Futbol üzrə İtaliya Kubokunun təşkilatçıları turnirin yarımfinal və final oyunlarında əlavə vaxtdan imtina etmək qərarına gəlib. 

NAXCİVANXEBERLERİ.COM "Football Italia" nəşrinə istinadən xəbər verir ki, kubok matçlarında əsas hissə bitdikdən sonra qalib bilinməsə, komandalar dərhal penaltilər seriyasına keçəcəklər. 

Yarımfinal görüşləri 12-13 iyunda olacaq. İlk matçda "Milan" və "Yuventus", ikinci qarşılaşmada isə "Napoli" ilə "İnter" komandaları finala yüksəlmək üçün mübarizə aparacaqlar. 

Final iyunun 17-də baş tutacaq. 

İtaliya A Seriyası iyunun 20-də "Torino" - "Parma" oyunu ilə bərpa olunacaq.

Qeyd edək ki, turnir cədvəlinə 26 turdan 63 xal toplayan "Yuventus" başçılıq edir. 62 xalı olan "Latsio" 2-cidir. "İnter" isə 54 xalla 3-cü pillədə qərarlaşıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930