SON DƏQQƏ

naxcivanxeberleri.com

Yüngül atletika üzrə birincilik keçirilib

Yüngül atletika üzrə birincilik keçirilib
10-06-2020, 11:19

Naxçıvan Muxtar Respublika Stadionunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə 18 yaşadək sağlamlıq imkanları məhdud olan uşaqlar аrаsındа keçirilən yüngül atletika üzrə birinciliyə yekun vurulub.

Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının Naxçıvan şəhər bölməsinin birgə təşkil etdiyi birincilikdə 10 idmançı mübarizə aparıb.
Beynəlxalq Atletika Federasiyasının qaydalarına uyğun keçirilən yarışda 100 metr məsafədə Kənan Fətullayev qalib adını qazanıb. İlqar Əbilov ikinci, Caner Rəhimov isə üçüncü olublar.
Sonda yer tutan və fərqlənən idmançılar mükafatlandırılıblar.

 

Ceyhun MƏMMƏDOV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930