SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycan Premyer Liqasında tunel düzülüşü qadağan edildi

Azərbaycan Premyer Liqasında tunel düzülüşü qadağan edildi
5-06-2020, 15:30

Futbol üzrə Azərbaycan Premyer Liqasında və ölkə kubokunda oyundan öncə hər iki komandanın əvvəlki qaydada tuneldə yoxlanış üçün düzülməsi qadağan edilib. 

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə qərar Peşəkar Futbol Liqasının açıqladığı təlimatlarda əksini tapıb. Yoxlanış hər iki komandanın soyunub geyinmə otağının önündə gerçəkləşdiriləcək.

Bu zaman futbolçular, eləcə də futbolçularla hakimlər arasında sosial məsafənin qorunması vacibdir. Köməkçi hakim tibbi maska taxmalıdır. Geyim formasında hər hansı problem varsa belə, oyunlar nəzərdə tutulan vaxtda başlayacaq. Ən pis halda hansısa komanda az sayda oyunçu ilə (qapıçı xaric) oyuna başlamalıdır. Bu insanların kütlə şəklində uzun müddət birlikdə qalmasının qarşısını alır. Futbolçu formasında yaranmış nasazlığı aradan qaldırdıqdan sonra oyuna qoşula bilər. 

İlk olaraq meydan sahibi komanda yoxlanılmalı və meydana daxil olmalıdır. 

Qeyd edək ki, Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunacaq. 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930