SON DƏQİQƏ

naxcivanxeberleri.com

AFFA I Divizion və Gənclər Liqası ilə bağlı qərarını açıqlayıb

AFFA I Divizion və Gənclər Liqası ilə bağlı qərarını açıqlayıb
1-06-2020, 20:34

Xüsusi karantin rejimi nəzərə alınaraq, bu gün AFFA-nın İcraiyyə Komitəsini üzvlərindən telefon zəngi vasitəsilə Birinci Divizion, Gənclər Liqası və digər məsələlər barədə münasibət öyrənilib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, aparılmış geniş müzakirələrdən sonra səs çoxluğu ilə aşağıdakı qərarlar qəbul olunub.

Birinci Divizionda çıxış edən klubların müxtəlif regionları təmsil etməsi, yay mövsümü ilə əlaqədar oyunların axşam saatlarında keçirilməsi zərurətinin yaranması və bəzi stadionlarda infrastrukturun (işıqlandırma sisteminin) müvafiq tələblərə cavab verməməsi, iştirakçı klublarla aparılmış müzakirələr nəzərə alınaraq, Birinci Divizionda mövsüm dayandırılıb, hazırkı turnir cədvəlinə uyğun olaraq qalib elan olunub.

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar təxirə salınmış Gənclər Liqasında oyunların keçirildiyi stadionlarda infrastruktur amilləri nəzərə alınaraq, mövsüm dayandırılıb, hazırkı turnir cədvəlinə əsasən qalib elan olunub.

Bundan başqa, Premyer Liqada və Azərbaycan kuboku uğrunda yarışda oyun ərzində 5 əvəzetməyə icazə verilməsi təsdiqlənib (FIFA-nın tətbiq etdiyi yeni qaydalara uyğun olaraq).

Premyer Liqa oyunlarının bərpasından 48 saat əvvəl klubların məşqçi və futbolçu heyəti COVID-19 testindən keçirilməlidir.

Məlumatda həmçinin qeyd olunub ki, Premyer Liqa, Birinci Divizion və Gənclər Liqası ilə bağlı məsələlər müvafiq klublarla da müzakirə olunub və onlar tərəfindən müsbət münasibət bildirilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031