SON DƏQQƏ

naxcivanxeberleri.com

"Bavariya” “Fortuna”nı darmadağın edib

"Bavariya” “Fortuna”nı darmadağın edib
30-05-2020, 23:18

Almaniya Bundesliqasının 29-cu turunun matçında Münhen "Bavariya”sı Düsseldorfun "Fortuna” komandasını qəbul edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, görüş Münhenin "Alyans-Arena” stadionunda baş tutub və meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə qurtarıb.

Matçda hesab 15-ci dəqiqədə açılıb. “Fortuna”nın müdafiəçisi Matias Zanka Yorqensen topu öz qapısına göndərib. Fasiləyə qədər "Bavariya"nın üstünlüyünü müdafiəçi Benjamen Pavar və hücumçu Robert Levandovski artırıb. 

Levandovski ikinci hissənin əvvəlində dubl edib, iki dəqiqə sonra isə münhenlilərinin yarımmüdafiəçisi Alfonso Devis fərqlənib.

Hazırda "Bavariya" 67 xal yığaraq, Almaniya çempionatının yarış cədvəlinə başçılıq edir. "Fortuna" isə 27 xalla turnir cədvəlində 16-cı yer tutur.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930