SON DƏQQƏ

naxcivanxeberleri.com

Çempionlar Liqasının "dördlər finalı" Almaniyada ola bilər

Çempionlar Liqasının "dördlər finalı" Almaniyada ola bilər
29-05-2020, 12:27

UEFA Çempionlar Liqasını (ÇL) "dördlər finalı" formatında Almaniyada keçirə bilər. 

NAXCİVANXEBERLERİ.COM "Sky Sports İtalia"ya istinadən xəbər verir ki, daha öncə Türkiyədə keçirilməsi planlaşdırılan oyunlar Almaniyada olacaq. 

Avropa futbol qurumu 1/8 final mərhələsinin cavab oyunlarını 7-8 avqustda təşkil etməyi planlaşdırır. 1/4 final matçlarının isə 13-14 avqustda bir oyundan ibarət olacağı gözlənilir. 

UEFA-nın daha öncə ÇL-də yarımfinal və final mərhələsini "dördlər finalı" formatında Türkiyənin İstanbul şəhərində keçirməyi planlaşdığı yazılıb.

Qeyd edək ki, UEFA avrokubokları martın 13-də koronavirus pandemiyası səbəbindən dayandırıb. İcraiyyə Komitəsi iyunun 17-də turnirlərlə bağlı qərarını verəcək. 

Çempionlar Liqasının finalı İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçirilməlidir. 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930