SON DƏQQƏ

naxcivanxeberleri.com

"Formula 1"lə bağlı qaynar xətt yaradıldı

"Formula 1"lə bağlı qaynar xətt yaradıldı
26-05-2020, 17:30

Beynəlxalq Avtomobil Federasiyası (FIA) "Formula 1" komandalarına kömək məqsədilə qaynar xəttin açıldığını elan edib.

NAXCİVANXEBERLERİ.COM-un qurumun rəsmi saytına istinadən məlumatına görə, bu yolla qaydaları pozan pilotları və ya komandaları ifşa etmək mümkün olacaq.

Məlumat verən şəxslərin anonimliyi qorunacaq. Fasiləsiz fəaliyyət göstərəcək qaynar xətt vasitəsilə etik prinsiplərin pozulması, maliyyə pozuntusu, rüşvət, korrupsiya və saxtakarlıq, idman yarışlarının nəticələrinin potensial manipulyasiyası, həmçinin dopinqlə bağlı şikayət etmək mümkündür.

Məxfilik prinsiplərinə baxmayaraq, ərizəçi şikayətinin etibarlılığına əmin olmalıdır. Müraciət yalan olarsa, məlumat verənə qarşı inzibati və hətta cinayət işi açıla bilər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930