SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şahbuz rayonunda təmizlik aksiyası keçirilib

Şahbuz rayonunda təmizlik aksiyası keçirilib
23-05-2020, 10:15

Hər fəsildə özünəməxsus təmizlik işləri aparan rayon sakinləri bu günlərdə də təmizlik aksiyası keçiriblər. Rayon ərazisində olan ağacların gövdələri ağardılıb, ərazilər alaq otlarından təmizlənib və yaşıllıqların suvarılması təmin edilib.

Rayon sakinləri mütəmadi olaraq yaradılanlara qayğı ilə yanaşır, ərazinin yaşıllığını qoruyub saxlayırlar. Elə bu günlərdə Bayraq Meydanının ətrafında da təmizlik, abadlıq, səliqə-sahman işlərinin görülməsinə diqqət göstərilib. Ərazidə gül kolları alaq otlarından təmizlənib, ağacların gövdələri ağardılıb, suvarılması da təmin edilib.

Hicran Əliyeva

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930