SON DƏQİQƏ

naxcivanxeberleri.com

Xorvatiya millisinin müdafiəçisi Azərbaycan yığmasına qarşı hər iki oyunu buraxacaq

Xorvatiya millisinin müdafiəçisi Azərbaycan yığmasına qarşı hər iki oyunu buraxacaq
18-02-2019, 23:08

Xorvatiya milli komandasının futbolçusu Şime Vrsalko AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasına qarşı hər iki oyunu buraxacaq.

NAXCİVANXEBERLERİ.COM-un mlumatına görə, əməliyyat olunan 28 yaşlı müdafiəçi yaşıl meydanlara qayıdacağı vaxtı açıqlayıb.

O, zədəsinin bərpa müddətinin 8-10 ay çəkəcəyini bildirib: "Bu mənim keçirdiyim əməliyyat üçün normal müddətdir. Hər şey yaxşı oldu və bu çox önəmli şeydir".

Oyunçu yüz faiz hazır olana qədər yaşıl meydanlara qayıtmayacağını bildirib.: "Məqsədim daha yaxşı formada futbola qayıtmaqdır. Tələsmirəm və hər zamankından daha güclü olacağam".

Hazırda icarə əsasında İtaliya "İnter"ində çıxış edən futbolçunun yayda yenidən İspaniya "Atletiko"suna qayıdışı gözlənilir.

Qeyd edək ki, Azərbaycan millisi Xorvatiya, Uels, Slovakiya və Macarıstan yığmaları ilə birgə E qrupunda mübarizə aparacaq. Yığma Xorvatiya ilə martın 21-də səfərdə, sentyabrın 9-da isə evdə qarşılaşacaq.(Report)

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031