SON DƏQQƏ

naxcivanxeberleri.com

“Evdə qal, şahmat oyna” devizi altında keçirilən internet üzərindən yarışlar davam edir

“Evdə qal, şahmat oyna” devizi altında keçirilən internet üzərindən yarışlar davam edir
22-05-2020, 05:19

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə “Evdə qal, şahmat oyna” devizi altında keçirilən internet üzərindən yarışlar davam edir.

Dünən Azərbaycan və Türkiyə zəka sahibləri arasında növbəti dostluq görüşü keçirilib.

Blitz turnirdə muxtar respublikanın, Bakışəhərinin “Grand Master” Şahmat Klubunun, Quba şəhər Şahmat Məktəbinin və Türkiyənin Hatay şəhərinin “Şah” Şahmat Klubunun şahmatçıları mübarizə aparıblar. lichess.org portalında keçirilən turnirdə 50-dən çox zəka sahibimiz “güclərini sınayıb”. Qeyd edək ki, turnirdə iştirak edən zəka sahibləri Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının saytından (chess.nax.az) istifadə ediblər. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Culfa rayon bölməsi və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Culfa Rayon Uşaq-Gənclər Şahmat Məktəbində rayonun ümumtəhsil məktəblərinin I-IX sinif şagirdləri arasında onlayn dərslər keçilib.

 

Ceyhun MƏMMƏDOV

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930